QAZAXDA ƏMƏLİYYAT: keçmiş məhkum tutuldu, narkotik vasitələr və tərəzi aşkarlandı - FOTO + AUDIO

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirlərlə əvvəllər məhkum olunmuş 54 yaşlı Amil Eminov şübhəli şəxs qismində saxlanılıb.

Ondan ümumilikdə beş kiloqram müxtəlif növdən olan narkotik vasitələr, psixotrop tərkibli həblər və elektron tərəzi aşkarlanıb.

Dindirilmə zamanı A.Eminov narkotikləri satış məqsədi ilə əldə etdiyini deyib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.