Tiflisdə etiraz aksiyası keçirilir - TƏLƏBƏLƏR HÖKUMƏTƏ ETİRAZ EDİR / VİDEO

Tiflis şəhərində tələbələr hökumətin ölkənin iki ən böyük ali təhsil müəssisəsinin birləşdirilməsi ilə bağlı qərarına qarşı etiraz aksiyası keçiriblər.

Aksiyada iştirak edən tələbələr bildiriblər ki, hökumət tərəfindən elan edilən islahat ali təhsil sisteminə ciddi zərər vurur. Onların fikrincə, bu addımın əsas məqsədi ştatların ixtisarı və hökuməti tənqid edən müəllimlərin işdən çıxarılmasıdır.

Etirazçılar qərarın ləğv olunmasını tələb edir və hökuməti ali təhsillə bağlı islahatı yenidən nəzərdən keçirməyə çağırırlar.