Cəlilabadda əmisi tərəfindən baltalanan 15 yaşlı yeniyetmə xəstəxanada ölüb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü Həqiqət Nağıyeva həkimlərin səylərinə baxmayaraq, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Meyit daxili və xarici müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
***
18:19
Cəlilabadda əmisi tərəfindən balta ilə xəsarət yetirilən şəxslərin kimliyi məlum olub.
Məlumata görə, onlar 2012-ci il təvəllüdlü Nagıyev Hüseyn Musa oğlu, 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızıdır.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
17:59
Cəlilabadda əmi qardaşı uşaqlarına kəsici-deşici alətlə xəsarət yetirib.
Hadisə Cəlilabad rayonunun Üçtəpə kəndində qeydə alınıb.
Şəxsi münasibətlər zəminində yaxın qohumlar arasında mübahisə yaranıb. Mübahisə nəticəsində əmi yeniyetmə qardaşı qızı və oğluna balta ilə müxtəlif bədən xəsarətləri yetirib.
Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Yeniyetmələrin vəziyyətlərinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən əmi, Dağıstandan yenicə qayıdıb. Onun əvvəllər məhkumluq həyatı yaşadığı deyilir.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi üzrə istintaq davam etdirilir./apa