27 kiloqram narkotik dövriyyədən çıxarıldı - DİN-dən ƏMƏLİYYAT + AUDİO

Yanvarın 30-da ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 120, o cümlədən borclu şəxs qismində axtarışda olan 76 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.

Əməliyyat tədbirləri ilə ümumi çəkisi 27,2 kiloqrama yaxın narkotik vasitə və 6 ədəd güclü təsiredici xassəyə malik həb də aşkar olunaraq götürülüb.

***

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 30-da ümumi çəkisi 27,2 kiloqrama yaxın narkotik vasitə və 6 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.