Metroda qadına qarşı cibgirlik edən şəxs ələ keçdi

Martın 4-də metro stansiyalarının birində oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən məlumata görə, bir qadın polisə müraciət edərək qatarda olarkən çantasından sənəd, kartlar olan pul kisəsi və mobil telefonunun oğurlandığını bildirib.

Metropolitendə Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı E.Qasımov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.