İRANIN XİN RƏHBƏRİ BAYRAMOVA ZƏNG VURDU - Rəsmi Bakı üzr tələb etdi

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng vurub.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov, İran tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə edilmiş dron hücumlarını qətiyyətlə pisləyib, bu hücumlarla bağlı qəti etirazını bildirib.

Azərbaycan ərazisinə bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu, regionda gərginliyin artmasına xidmət etdiyini vurğulayıb.

İranlı nazir Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumları ilə bağlı narahatlığını ifadə edib. İran tərəfinin və hərbçilərin bu hadisə ilə bağlı araşdırma başlatdığını bildirib. İran naziri yaralanan mülki şəxslərə şəfa diləyib.

İran tərəfindən hücumla bağlı üzr istənilməsini, araşdırmaların nəticələrinə dair qısa müddət ərzində izahat verilməsini, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlər görülməsini gözlədiyimiz diqqətə çatdırılıb.