Gəncədə avtomobil yaşayış binasına çırpıldı - FOTO/VİDEO

Gəncə şəhərinin 1-ci mikrorayon ərazisində avtomobil yaşayış binasına çırpılıb.

Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, sürücü idarə etdiyi “Chevrolet” markalı avtomobilin idarəetməsini itirib. Nəticədə maşın 5 mərtəbəli binanın birinci mərtəbəsində pəncərəni sıradan çıxararaq evin içərisinə girib.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Qəza ilə bağlı araşdırma başlanılıb.