ABŞ ordusu İranın pilotsuz uçuş aparatlarını daşıyan gəmisinə zərbə endirib.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama verib.
"Bu gün ölçülərinə görə təxminən İkinci Dünya müharibəsi dövrünün aviadaşıyıcısına bənzəyən İranın pilotsuz uçuş aparatları üçün nəzərdə tutulan aviadaşıyıcı gəmisi vurulub və hazırda yanır", - Komandanlığın açıqlamasında qeyd olunub.
Xatırladaq ki, bundan əvvəl ABŞ müharibə naziri Pit Heqset ölkəsinin İran Hərbi Dəniz Qüvvələrinin "ən yaxşı hissəsini" məhv etdiyini açıqlamışdı.