İSMAYILLIDA DƏHŞƏTLİ QƏZA: Sürücü öldü, 4 nəfər xəsarət aldı / YENİLƏNİB

İsmayıllıda baş verən qəzada xəsarət alanlardan biri (1991-ci il təvəllüdlü kişi) ölüb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə "Report"a ibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, qəzada xəsarət alan dörd nəfər (iki kişi və iki qadın) rayonun Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

"1997 və 1988-ci il təvəllüdlü qadınlar, həmçinin 2000-ci il təvəllüdlü kişiyə bədənin çoxsaylı travmaları, başın təpə nahiyəsinin əzilmiş, kəsilmiş yarası diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Onların vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.

*** 01:54

İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Stopnarkotik.az "Report"a istinadən xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunda rayonun "Təndirxana" adlanan ərazisində qeydə alınıb.

Belə ki, "Hyundai" və VAZ-21099 markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində VAZ-21099-un sürücüsü, 35 yaşlı Ayaz Mirzəyev aldığı xəsarətlərdən dünyasını dəyişib. Hər iki avtomobildə olan dörd nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hadisə yerinə yol polisi, təcili tibbi yardım əməkdaşları cəlb olunublar. Yaralılar təcili tibbi yardım maşınının köməyilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki Regional Qrupundan bildirilib ki, faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.