DƏHŞƏTLİ QƏZA: Neftçalada 15 və 17 yaşlı iki qardaş öldü

Neftçalada qəza baş verib, iki qardaş avtomobillə kanala düşərək ölüb.

Stopnarkotik.az APA-ya istinadən xəbər verir ki, Qazaxbərəsi kəndində qeydiyyatda olan 2009-cu il təvəllüdlü Rəvan Vüsal oğlu Manaflı və qardaşı, 2011-ci il təvəllüdlü Əli Vüsal oğlu Manaflı səhər saatlarında Ramazanlı kəndi ərazisində valideynlərinə məxsus 99-TE-303 dövlət nömrə nişanlı "Nissan" markalı avtomobillə hərəkətdə olarkən maşın idarəetmədən çıxıb və kanala düşüb.

Hər iki qardaş hadisə yerində ölüb.

Onların meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.