NARKOTİKLƏ ƏLAQƏDAR HƏBS OLUNMUŞDU, BU DƏFƏ İSƏ... - Keçmiş məhkum iki mənzili taladı

Xətai rayonunda oğurluq hadisələri qeydə alınıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxs əvvəlcədən müşahidə etdiyi iki mənzilə daxil olub və 7500 manat, 500 dollar nağd pul, həmçinin 550 manat dəyərində qızıl-zinət əşyalarını talayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 38 yaşlı B. Məsimov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar davam etdirilir.