Məşhur otellərin meneceri 8-ci mərtəbədən yıxılıb öldü - BAKIDA

Bakıda kişi binadan yıxılıb.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Gəncə prospektində qeydə alını

28 yaşlı Elxan Vitali oğlu Orduxanov yaşadığı binanın 8-ci mərtəbəsinin eyvanından yıxılıb. Nəticədə o, aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, mərhum Bakıda bir sıra otellərdə və turizm sektorunda menecer, həmçinin menecerin köməkçisi vəzifələrində çalışıb. Belə ki, o, "Baku Mariott Hotel Boulevard", Qusardakı "Pik Palace Hotel Shahdag" və "Hilton Baku" otellərində çalışıb.