Goranboy sakini qonşusu tərəfindən döyülüb - VƏZİYYƏTİ AĞIRDIR / YENİLƏNİB 1

Goranboyda xəsarətlə nəticələnən hadisə ilə bağlı cinayət işi başlanılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) regional qrupundan bildirilib.

Qeyd edilib ki, martın 3-də Goranboy rayon sakini, 32 yaşlı şəxs müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.Araşdırmalarla müəyyən edilib ki, rayon sakini, 41 yaşlı Elçin Ağalı şəxsi münasibətlər zəminində tanışına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə E.Ağalı saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub.

Araşdırmalar davam etdirilir.

*** 14.09

Martın 20-də saat 06:40 radələrində 1985-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən xəbərə görə, ona sol gözün hematoması və başın təpə nahiyəsinin çapılmış yarası diaqnozları təyin olunub.

Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

*** 20 mart, saat 22.34

Goranboyda bir nəfərin döyülməsi nəticələnən insident yaşanıb.

APA-nın yerli bürosunun məlum244atına görə, hadisə rayon ərazisində baş verib.

Belə ki, rayon sakini 1994-cü il təvəllüdlü Ə. Əliyev döyülmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yeləşdirilib.

Dərhal ona yardım edilib. 32 yaşlı kişinin vəziyyətinin ağır olduğu və süni nəfəs aparatına qoşulduğu bildirilir.

Məlumata görə Ə. Əliyev qonşu tərəfindən döyülüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.