Bakı-Tbilisi reysi ilə səfər edəcək sərnişinlərin DİQQƏTİNƏ: Bu sənədlər mütləqdir!

Bakı-Tbilisi qatarına minik üçün biletlə yanaşı başqa sənədlərin təqdim olunması mütləqdir.

Bu barədə Stopnarkotik.az "Azərbaycan Dəmir Yolları"na QSC (ADY) istinadən xəbər verir.

Məlumata əsasən, bu sənədlərə ümumvətəndaş pasportunun əsli (mygov-dan əldə edilmiş rəqəmsal versiya keçərli deyil), Gürcüstan tərəfinin tələblərinə uyğun olaraq sağlamlıq sığortası, 5 yaşadək bir uşaqla səfər üçün onun adına rəsmiləşdirilmiş pulsuz bilet, bir valideynlə səfər edən uşaq (-lar) üçün digər valideynin və ya başqa bir böyüklə (valideynsiz) səfər edən uşaq (-lar) üçün hər iki valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş etibarnaməsi daxildir.

"Qatara sürətli və rahat keçid üçün qeyd olunan sənədləri özünüzlə götürməyi unutmayın.

Bu gün saat 23:10-da Bakı-Tbilisi qatarı ilk səfərini həyata keçirəcək. Hər bir sərnişinimizə uğurlu yollar arzu edirik!", - ADY-dən bildirilib.