İsrailin dəstəklədiyi etnik druz döyüşçüləri tərəfindən idarə olunan cənubi Suriyanın Suveyda əyaləti, bölgənin kaptagon qaçaqmalçılığı və narkotik ticarəti üçün əsas mərkəzlərindən birinə çevrilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə "New Lines Magazine" jurnalı apardığı araşdırmaya əsasən məlumat yayıb.
Nəşrin məlumatına görə, 2025-ci il toqquşmalarından sonra Suveydanın əhəmiyyətli bir hissəsi Dəməşqin nəzarətindən kənara çıxıb və "Milli Qvardiya" altında birləşən druz silahlı qruplarının nəzarəti altına keçib. İsrailin dəstəyi və himayəsi ilə Milli Qvardiya və siyasi şura Suveyda üzərində nəzarəti möhkəmləndirib və o vaxtdan bəri, "Syria Weekly" nəşrinin topladığı məlumatlara görə, bölgədən İordaniyaya narkotik ticarəti 325%-dən çox artıb.
Məqalədə on milyonlarla kaptagon həbinin ələ keçirilməsi və Suriya-İordaniya sərhədindən narkotik daşımaq üçün dron və şarlardan istifadə edilməsi barədə ətraflı məlumat verilir. İordaniya ordusu son aylarda Sveydadakı kaptagon istehsalı və daşınması üçün istifadə edildiyini iddia etdiyi obyektlərə qarşı dəfələrlə hava hücumları həyata keçirib.
Stopnarkotik.az