İspaniyaya 30 ton kokain aparan gəmi ələ keçirildi/VİDEO

İspaniya Mülki Qvardiyası Avropa tarixində ən böyük narkotik müsadirəsini həyata keçirib.

Stopnarkotik.az xəbər verir ki, narkotik əməliyyatı nəticəsində Qərb İspaniya təhlükəsizlik qüvvələri 30 ton kokain, silah və sursat daşıyan "Arconian" yük gəmisini ələ keçirib.
Məlumata görə, əməliyyat 1 mayda baş tutub, lakin yalnız indi ictimaiyyətə açıqlanıb. Gəmi Komor adalarının bayrağı altında üzürmüş və sənədlərə görə, Syerra-Leonedən Liviyaya gedirmiş. İspaniya hakimiyyəti hesab edir ki, bu marşrut qaçaqmalçılıq üçün örtük kimi istifadə olunub.
Müsadirə edildikdən sonra "Arconian" Kanar adalarındakı Las Palmas limanına aparılıb. Körpüdə mindən çox narkotik paketi düzülüb. Hakimiyyət orqanları müsadirə edilən yükün dəyərini ən azı 812 milyon avro qiymətləndirir.
Müstəntiqlər kokainin Cənubi Amerikadan idxal edildiyini düşünürlər. Onlar hesab edirlər ki, yük İspaniyaya çatdırılmaq üçün dənizdəki sürətli qayıqlara ötürülməli imiş. Gəmidə Hollandiya, Surinam və Filippin vətəndaşları olan 23 dənizçi saxlanılıb. İspaniya hakimiyyət orqanlarının məlumatına görə, əməliyyat zamanı heyət üzvlərinin bəziləri gəmidən qaçmağa cəhd edib.  

Stopnarkotik.az