Əfqanıstan İslam Əmirliyi narkotik asılılısı insanların müalicəsi üçün işləri artırır. Belə ki, Taliban rəhbərliyi ölkənin müxtəlif bölgələrində, o cümlədən şimaldakı Bəlx vilayətində narkotik asılılığı olan şəxslər üçün reabilitasiya mərkəzlərinin sayını artırır. Eyni zamanda, tiryək xaşxaşı əkilən sahələrin ciddi şəkildə azaldığı qeyd olunur.
Stopnarkotik.az xəbər verir ki, rəsmi məlumatlara görə, 2024-cü ilin aprel ayına qədər 110 mindən çox insan müalicə keçib. İslam Əmirliyi ümumi tutumu təxminən 15 min nəfər olan 9 reabilitasiya mərkəzi qurub. Ən böyük reabilitasiya mərkəzi Kabildə yerləşir və 7 min nəfər üçün nəzərdə tutulub, Bəlx vilayətindəki mərkəz isə 1000 nəfərlikdir. Standart müalicə zamanı 45 gündür, lakin mental problemlər zamanı bu müddət 90 günə çata bilər və bundan daha uzun müddətə davam edə bilər.
Müalicə zamanı insanlara tikiş, dülgərlik, elektronika təmiri və dəri istehsalı kimi peşələr də öyrədilir.
Narkotik istehsalına qarşı mübarizənin nəticələrini “United Nations Office on Drugs and Crime” də təsdiqləyib. Məlumata görə, 2022–2023-cü illərdə qoyulan qadağadan sonra tiryək xaşxaşı əkilən sahələr 233 min hektardan 10 min 800 hektara düşüb. Bu isə 95 faiz azalma deməkdir. BMT bunu son illərdə narkotiklərlə mübarizə sahəsində ən böyük nəticələrdən biri hesab edir.
Eləcə də BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə Ofisi reabilitasiya mərkəzləri çatışmazlığını həll etmək üçün bəzi binaları təmir edir. İnfrastrukturu təkmilləşdirilmiş binalar Əfqanıstanda narkotik müalicə mərkəzlərinə çevrilir. Bu sahədə kritik boşluqları həll etmək üçün Narkotiklər və Cinayətkarlıq üzrə Ofisi (UNODC) hədəfli təmir-mövcud binaların yenilənməsi, əlavə otaqların tikilməsi, su, sanitariya və gigiyena qurğularının yaxşılaşdırılması, günəş enerjisi sistemlərinin quraşdırılmasını həyata keçirir.
Bu təşəbbüslər həm xidmət təminatçıları, həm də müalicə istəyən insanlar üçün daha təhlükəsiz, daha funksional və daha ləyaqətli mühit yaradır.
Stopnarkotik.az

