Bir həftəlik əməliyyatda 659 kiloqram narkotik yaxalandı - VİDEO

Türkiyə Ticarət Nazirliyi Gürbulak, Kapıkule, Kapıköy və İpsala sərhəd keçid məntəqələrində və İstanbul Hava Limanında ümumilikdə 659 kiloqram narkotik maddənin müsadirə edildiyini açıqlayıb. 
Stopnarkotik.az
xəbər verir ki, müsadirə edilən narkotik maddələrin məhv edildiyi  qaçaqmalçılığa qarşı mübarizə müvafiq prokurorluq orqanları ilə koordinasiyalı şəkildə davam etdirilir. 
Ticarət Nazirliyinin Gömrük Mühafizəsinin açlqlamasına gprə, əməliyyat qruplarının narkotik qaçaqmalçılığına qarşı mübarizədə göstərdiyi təsirli, qətiyyətli və fasiləsiz səylər nəticəsində son bir həftə ərzində həyata keçirilən altı ayrı əməliyyatda narkotik qaçaqmalçılığına ağır zərbə vurulub. Həyata keçirilən əməliyyatlarda Gürbulak Gömrük Qapısında 286 kiloqram metamfetamin, İstanbul Hava Limanında 173 kiloqram kannabis, Kapıkule Gömrük Qapısında 153 kiloqram kannabis, Kapıköy Gömrük Qapısında 25 kiloqram kannabis, İpsala Gömrük Qapısında 22 kiloqram kannabis olmaqla cəmi 659 kiloqram narkotik maddə müsadirə edilib. Müsadirə edilən narkotik maddələr məhv edilib. 
Əməliyyat inkişaf etmiş risk təhlili sistemləri, texniki nəzarət infrastrukturu ilə keçirilib. 

Stopnarkotik.az