363 MİLYON DOLLARLIQ ƏMƏLİYYAT - 2,4 ton metamfetamin prekursoru müsadirə edildi

Nigeriya tarixində ən böyük narkotik əməliyyatı həyata keçirilib. Bu barədə ölkənin narkotiklərlə mübarizə agentliyi bildirib. Əməliyyatda Oqun ştatında, Laqos yaxınlığında uzaq meşəlik ərazidə gizlədilmiş sənaye miqyasında metamfetamin laboratoriyası dağıdılıb.

Stopnarkotik.az xəbər verir ki, rəsmilərin sözlərinə görə, əməliyyatda Nigeriya ilə Meksika vətəndaşlarından ibarət beynəlxalq cinayət qrupu iştirak edib və basqın zamanı 7 şübhəli saxlanılıb. Onların 4-ü nigeriyalı, 3-ü isə meksikalıdır.

Müstəntiqlər bildirib ki, həmin yer təkcə narkotik daşınması üçün yox, həm də Nigeriyada böyük miqdarda metamfetamin istehsalı üçün istifadə olunurmuş. Rəsmilər 2,4 ton kimyəvi maddənin, o cümlədən metamfetamin istehsalında istifadə olunan materialların, 2 avtomobilin ələ keçirildiyini və əməliyyatın dəyərinin təxminən 480 milyard naira(Nİgeriyanın pul vahidi), təxminən 363 milyon dollar olduğunu açıqlayıb.

Bu hadisə göstərir ki, Qərbi və Mərkəzi Afrika getdikcə sintetik narkotiklərin istehsalı və qaçaqmalçılığı üçün əsas mərkəzlərə çevrilir. Rəsmilər sərhədlərə nəzarət sisteminin tənzimlənə bilməməsi təhlükəsinin korrupsiya və Afrikanın insan alveri şəbəkəsinə narkotik istehsalı bilgilərini verən Meksika narkokartelləri ilə əlaqədar beynəlxalq cinayət şəbəkələrinin əlbirliyi ilə bağlayırlar. Meksika kartelləri ilə bağlı şübhəlilərin isə istehsal biliklərini Afrika narkotik şəbəkələrinə gətirdiyi bildirilir. 

Mələk

Stopnarkotik.az