Sumqayıtda 17 min manatlıq dələduzluq - 52 YAŞLI KİŞİ SAXLANILDI + AUDİO

Sumqayıt şəhərində dələduzluq etməkdə şübhəli bilinən 52 yaşlı S.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Stopnarkotik.az-ın məlumatına görə, onun birlikdə tikiş emalatxanası quracaqları vədi ilə tanışının etibarından sui-istifadə etdiyi və 17000 manatını ələ keçirdiyi məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.