Siciliya mafiyasının məşhur lideri vəfat etdi - FOTO

İtaliya cinayət aləminin ən başlıca və təhlükəli şəxslərindən biri, Siciliyada fəaliyyət göstərən "Koza Nostra" mafiya təşkilatının keçmiş bossu Benedetto "Nitto" Santapaola vəfat edib.

Stopnarkotik.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Santapaola martın 2-də Milanda beş ömürlük həbs cəzasını çəkdiyi həbsxanada dünyasını dəyişib. Onun 87 yaşı var idi, ölüm səbəbi açıqlanmayıb.

Qeyd olunub ki, Santapaola Siciliya adasının şərq hissəsinin böyük bir hissəsinə nəzarət edirdi.