Gəncədə 37 yaşlı qadın bıçaqlandı

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Stopnarkotik.az "Teleqraf"a istinadən xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə zamanı 1989-cu il təvəllüdlü Kəmalə Əsgərova bıçaq xəsarətləri alıb.

Yaralı qadın xəstəxanalardan birinə çatdırılıb və ona cərrahi müdaxilə olunub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır