74,5 KİLOQRAM NARKOTİK ƏLƏ KEÇİRİLDİ - ƏMƏLİYYAT

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 15-də ümumi çəkisi 74,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 21 kiloqrama yaxın heroin və 53,5 kiloqramdan çox marixuana, həmçinin 152 ədəd güclü təsiredici xassəyə malik həb olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.