Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 27-də və 28-də ümumi çəkisi 38,8 kiloqrama yaxın narkotik vasitə və 100 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.