Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı itkin düşdü - FOTO

Rusiya-Ukrayna müharibəsi bölgəsində daha bir həmyerlimiz itkin düşüb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov məlumat yayıb.

O bildirib ki, 1994-cü il təvəllüdlü Ağcabədi sakini Yusif Hacıyev Ukraynanın Kupyansk şəhəri istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Y.Hacıyev Rusiya ordusunun sıralarından müharibəyə qoşulub.