İyulun 15-də ümumi çəkisi 5,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1 kiloqrama yaxın heroin, 2,2 kiloqrama yaxın metamfetamin və 2,1 kiloqramdan artıq marixuana olub.
"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən əlavə olunub.
Stopnarkotik.az