OĞUZDA ƏMƏLİYYAT: 3 nəfər saxlanıldı, külli miqdarda narkotik ələ keçdi - FOTO/VİDEO

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlərlə Mehdi Dadaşzadə, Xəyal Kazımzadə və Əfsun Əliyev saxlanılıb.

Onlardan 7 kiloqram marixuana və 1 kiloqram 350 qram heroin aşkar olunub.

Saxlanılan şəxslər narkotiklərin satışını təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oğuzda 8 kiloqram narkotik vasitə aşkarlanıb