AVTOMAT, TAPANÇA, TÜFƏNG... - Vətəndaşlardan xeyli sayda silah-sursat götürüldü

Göyçay  Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçiriblər.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, cari il ərzində əməliyyat yolu ilə rayon sakinlərindən 1 ədəd tapança, 3 ov tüfəngi və patronlar aşkar edilərək götürülüb. 

Şöbə əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində isə 1 avtomat və 21 ədəd müvafiq sənədləri olmayan ov tüfəngini vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.