“Narkomanın şəxsi istehlak miqdarına yenidən baxılmalıdır” – NARKOEKSPERT EMİL MAQALOV

“Narkotik və narkomaniyaya ilə mübarizə istiqamətində böyük maliyyə xərclənərək, çox ağır işlər aparılır. Nəzərə alsaq ki, narkoman xəstədir, narkotikdən istifadə mütləqdir və nə etsək də (müalicədən əlavə) narkotikdən istifadə edəcək, şəxsi istehlak miqdarına (narkomanın gündəlik istifadə edəcəyi narkotikin çəkisinə) yenidən baxılmalıdır”.

Stopnarkotik.az saytına açıqlamasında bu barədə narkoekspert Emil Maqalov bildirib. O, təklifini onunla izah edir ki, aidiyyəti dövlət qurumları tərəfindən "şəxsi istehlak miqdarı" məsələsi tənzimlənərkən narkoman bəzən ayrı narkotikdən də istifadə edir.

“Məsələ burasındadır ki, hazırda narkoman nəzərdə tutulan şəxsi istehlak miqdarından daha çox istifadə edir və məsuliyyətə cəlb olunur. Bu da həm aidiyyəti qurumların, həm narkomanın problemlərin artmasına səbəb olur”, - deyə narkoekspert əlavə edir.

Stopnarkotik.az