ABŞ-Kanada sərhədində gərginlik baş verib. ABŞ-dan qeyri-qanuni yollarla Kanadaya girməyə çalışan bir nəfər yoxlama üçün saxlanarkən qaçdıqdan sonra güllələnərək öldürülüb. 15 nəfərin isə həbs edildiyi bildirilir.
Stopnarkotik.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Kanada polisi məlumat yayıb. Kanada Kral Atlı Polis Komissarının müavini Lisa Moreland mətbuat konfransında bildirib ki, son həftələrdə amerikalılar Montana və Alberta sərhəd əyalətlərini birləşdirən Koutts giriş limanı vasitəsilə Kanadaya daxil olmaq istəyirlər.
Moreland diqqətə çatdırıb ki, insanlar mənfi 20-30 dərəcə sərt hava şəraitində Kanadaya girməyə cəh edirlər:
“Tutulan şəxslər müxtəlif millətlərdəndir. Onlar Kanadanın soyuq qışına hazır deyillər. Həbs olunanların papaqları, əlcəkləri, hətta gödəkçələri belə yox idi. Belə havada ölkəyə bu cür girmək yəqin ki ağılsızlıqdır. Məxfilik qanunlarına görə həbs olunanların məlumatlarını açıqlamırıq”.