HACIQABULDA ƏMƏLİYYAT: 2 nəfər saxlanıldı, 4 kq narkotik ələ keçdi / Foto + AUDİO

Hacıqabulda narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 31 yaşlı Vüqar Fərzəli və 37 yaşlı Rəşad Abasov saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində onlardan 4 kiloqramdan artıq narkotik vasitə həşiş və marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Stopnarkotik.az