Bakıda yeniyetmə qız itkin düşüb.
Stopnarkotik.az xəbər verir ki, Xətai rayonu, General Şıxlinski küçəsində yaşayan 17 yaşlı F. Qocayeva fevralın 2-də evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Faktla bağlı Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində araşdırma aparılır.