Qarabağ bölgəsində ərazidə mühəndis işləri aparılan zaman Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat aşkar edilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində Ağdərə rayonu ərazisində aşkar edilən bir ədəd SVD silahı, bir ədəd RPK-74M, bir ədəd AK-74M, bir ədəd qumbaraatanı, iki ədəd gecə görmə cihazı və bir ədəd avtomat silahı üçün səsboğucu müsadirə edilib.
Azad edilən ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.