Xəbər verdiyimiz kimi, jurnalist Şahnaz Bəylərqızı saxlanılıb.
Yaxınlarının bildirməsinə görə, onun Bakı şəhərindəki mənzilində də axtarış aparılıb.
Hələlik, baş verənlərə rəsmi qurumlar münasibət bildirməyib. Ehtimal olunur ki, Ş.Bəylərqızı "Toplum TV işi"nə görə saxlanılıb.
***
Jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, onun bu gün polis tərəfindən istintaq zərurəti ilə əlaqədar saxlandığı bildirilir.
Məlumatı DİN-in Mətbuat Xidmətindən APA-ya təsdiqləyiblər.
Faktla bağlı araşdırma aparılır.