ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika hərbçiləri Latın Amerikasında fəaliyyət göstərən narkokartellərə qurudan zərbələr endirməyə başlayacaq.
Stopnarkotik.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, son dövrdə ABŞ-a dəniz yolu ilə narkotik qaçaqmalçılığının həcmi 94 faiz azalıb.
“Biz onlara qarşı quruda zərbələr endirməyə başlayacağıq. Açığı, bu daha asandır. Onlar ABŞ üçün birbaşa hərbi təhlükədir və ölkəmizi narkotiklərlə doldurmağa çalışırlar”, – ABŞ prezidenti vurğulayıb.