7 AVTOMAT, 10 TÜFƏNG, 1 TAPANÇA... - Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Stopnarkotik.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

"Fevralın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 1 tapança, 1 qumbara, 10 tüfəng, 12 patron darağı və 371 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər", - məlumatda belə qeyd olunub.