13 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarıldı - DİN-dən AÇIQLAMA

Yanvarın 14-də ümumi çəkisi 13 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkarlanıb.

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - nazirlik əlavə edir.