Xanım bloqer "avtoşluq" etdi - DİN-dən REASKİYA / VİDEO, YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Gəncədə xanım bloqerin avtoxuliqanlıq etməsi ilə bağlı görüntülərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov açıqlamasında bildirib ki, hazırda Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində həmin görüntü ilə bağlı araşdırma aparılır:

“Tezliklə sürücü barəsində qanunamüvafiq tədbir görüləcək”.

**14:45

Xanım bloqer Gəncədə avtoxuliqanlıq edib.

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. 

60-BV-560 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobilin sükanı arxasında oturan xanım avtomobili sürətlə idarə etməklə riskli manevrlər edib.

Gəncənin mərkəzi parkında avtoxuliqanlıq edən xanım davamlı olaraq manevr qaydalarını pozaraq, şou xarakterli hərəkətlər edib və həmin videoları sosial şəbəkələrdə paylaşıb. 

Qeyd edək ki, xanım bloqer uzun müddətdir ki, sosial şəbəkələrdə VAZ markalı avtomobillərlə çoxsaylı videolar çəkərək paylaşır./oxu.az