Türkiyənin Balıkəsir vilayətində polis qruplarının keçirdiyi narkotik əməliyyatında 6 şübhəli saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, Cinayətlə Mübarizə qrupları narkotik maddə alveri ilə məşğul olduğu aşkarlanan küçə satıcılarına qarşı eyni vaxtda əməliyyat keçirib.
Əməliyyat çərçivəsində 6 şübhəli tutulub. Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı cinayət yolu ilə əldə edilən 171 ədəd sintetik həb, təxminən 75 qram sintetik narkotik, 65,2 qram marixuana, bir ov tüfəngi və 5 min 220 lirə götürülüb.
Saxlanılan 6 şübhəlinin istintaqı polis bölməsində davam etdirilir.