Türkiyədə antiterror əməliyyatı: 37 nəfər saxlanıldı, 2-si məhv edildi

Türkiyə hüquq - mühafizə orqanları İstanbul, Van, Şanlıurfa, Elazığ, Dücze, Diyarbakir, Bursa, Edirne, Kırlareli, Kilis, Iğdır, Hatay, Adana, Kahramanmaraş və Dənizli vilayətlərində əməliyyat keçirib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, bölücü terror təşkilatına (BTÖ) qarşı keçirilən əməliyyatda 37 nəfər saxlanılıb.

Həmçinin, Ağrı vilayətində sərhədi qanunsuz keçməyə çalışan 2 terrorçu məhv edilib.

Nazir terrorçulara qarşı mübarizənin sonadək davam edəcəyini bildirib.