Dünyanın çətənədən inşa edilmiş ən hündür binası 2023-cü il dekabrın 1-dən dünya ictimaiyyətinə açıq olacaq.
Stopnarkotik.az xəbər verir ki, çətənədən inşaat materialı kimi istifadə olunmuş 12 mərtəbəli bina Keyptaunda yerləşir.
Çətənədən tikinti materialı hazırlayan və təchiz edən "R+N Master Builders" və "Afrimat Hemp" adlı iki inşaat şirkətidir. Obyektin ümumi dəyəri təxminən 180 milyon avrodur.
Binanın tikintisi üç il yarımdan çox çəkib və yaşıl bitkilərdən, əhəng və qumdan hazırlanmış çətənə betonundan tikilib. "Sativa cannabis" adlanan texniki çətənə bitkisi böyümə fazasında böyük miqdarda karbon qazını udur. Bitkinin gövdə oduncağı çətənə betonunun hazırlanmasında istifadə olunur və bu, atmosferdə karbonu aktiv şəkildə azaldır. Bu da onu karbonu udan tikinti materialına çevirir. Bundan başqa çətənə betonu tikinti materialı kimi güclü və izolyasiya qabiliyyəti ilə yanaşı, həm də son dərəcə dözümlüdür.
“Daxili divarların çoxunda çətənə blokları istifadə edilmişdir - onlar səs izolyasiyası üçün əladır, əla istilik izolyasiyasını təmin edir və adi kərpiclərdən daha çox yanğın müqavimətinə malikdir. Tikinti üçün 50 min çətənə bloku istifadə olunub ki, bu da ən azı 50 ton çətənə deməkdir. Divarların əhəng suvağı ilə bəzədilməsi təbii lifləri vurgulayır ki, bu da səthi gözəl və maraqlı edir”, deyə tərtibatçı bildirib.
İNşaat konstruksiyası üçün tikinti çətənəsi Böyük Britaniyadan gətirilib, çünki Cənubi Afrikada çətənə istifadəsi bu yaxınlarda leqallaşdırlıb. “Hökumətin bu yaxınlarda Cənubi Afrika üçün bu sənayenin əhəmiyyətini qəbul etməsi ümidvericidir, çünki onun sayəsində 100,000 iş yeri yaratmaq imkanı var. İnanıram ki, təchizat məsələləri həll edildikdən sonra o, tikinti üçün davamlı və ekoloji üsullar axtaran inşaatçılar və yenilikçilər üçün ekoloji cəhətdən təmiz tikinti materialına çevriləcək”.
Stopnarkotik.az