“Hazırda dövlət orqanlarında, biznes sahəsində, bir çox iş sferalarında çalışan qumar asılıları var. Hətta onların içində polis işçiləri də var”
“Qumar asılılarının çoxu özünə qəsd edir. Bunlar əsasən kişi cinsindən olanlardır. Bizə gəlib çıxan qumar asılılarının da çoxu narkoman olur. Yəni onlar artıq narkoman xəstəliyi ilə gəlirlər”.
Bunu Stopnarkotik.az-a “Sağlam addım” Reabilitasiya Mərkəzinin rəhbəri Anar Əliyev bildirib. Onun sözlərinə görə, qumar asılıları əsasən metamfetamin istifadə edirlər. Sitat: “Ona görə “patı” istifadə edirlər ki, gecə yatmasınlar, bütün günü “knopka”ya bassınlar. Yəni bunlar ikili xəstəliklə gəlirlər - həm qumar, həm narkotik asılılığı ilə”.
Anar Əliyev deyir ki, qumar asılılarının içərisində dövlət rəsmiləri də var: “Hazırda dövlət orqanlarında, biznes sahəsində, bir çox iş sferalarında çalışan qumar asılıları var. Hətta onların içində polis işçiləri də var. Bu insanları reabilitasiyaya gətirmək mümkün deyil. Onlar deyirlər ki, məni çöldən-çölə sağalt. Vaideyn də deyir ki, gəlin evdən aparın. Amma biz yalnız ikili xəstəlik, yəni narkomaniya və qumar asılılığı olduğu halda biz müalicəni ohdəmizə götürürük”.
Stopnarkotik.az