Polşa hərbi helikopteri Belarus sərhədini pozdu

Polşaya məxsus hərbi helikopter Qrodno vilayətinin Berestovitski rayonunda Belarus sərhədini pozub.

Stopnarkotik.az  xəbər verir ki, bu barədə Belarus sərhəd komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Sentyabrın 1-də günorta saatlarında Belarus sərhədçiləri Qrodno vilayətinin Berestovitski rayonunda Polşa tərəfdən Belarusun hava məkanının pozulmasını qeydə alıblar. “Polşa hərbi vertolyotu Mi-24 çox aşağı hündürlükdə dövlət sərhədini keçib”, - deyə məlumatda bildirilir. 

Hadisə ilə bağlı Polşa tərəfinin məlumatlandırıldığı bildirilib.