Pentaqon rəhbəri narkotik kartellərini Əl-Qaidə ilə müqayisə etdi... - ŞOK AÇIQLAMA

ABŞ Latın Amerikasında narkotik kartellərinə qarşı mübarizəni davam etdirmək niyyətindədir.

Bunu Pentaqon rəhbəri Pit Heqset Kaliforniyada təşkil edilən forumda çıxış edərkən bildirib.

"Bu narko-terrorçular yarımkürəmizin Əl-Qaidəsidir və biz Əl-Qaidə ilə mübarizə apardığımız eyni incəlik və dəqiqliklə onlarla mübarizə aparırıq. Biz onları izləyirik, öldürürük və xalqımızı kimyəvi silahlara bərabər ölümcül təsirə malik narkotiklərlə zəhərlədikləri müddətcə onları öldürməyə davam edəcəyik", - müdafiə naziri bildirib.

Xatırladaq ki, ABŞ-nin hərbi naziri Pit Heqset noyabrın 14-də narkotik kartelləri əleyhinə "Cənub nizə" ("Southern spear") əməliyyatının başladığını elan etmişdi. 

Stopnarkotik.az xəbər verir ki,  o, bununla bağlı "X"də paylaşım edib.

"Bu gün "Cənub nizə" əməliyyatını elan edirəm", - Heqset yazıb. O, qeyd edib ki, əməliyyata Mərkəzi, Cənubi Amerika və Karib dənizini əhatə edən məsuliyyət zonasına xüsusi yaradılmış birləşməyə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı rəhbərlik edəcək.

"Bu missiya Vətənimizi qorumaq, yarımkürəmizdən narkotik terrorçularını zərərsizləşdirmək və vətəndaşlarımızı öldürən narkotiklərdən qorumaq üçün nəzərdə tutulub", - Heqset əlavə məlumat vermədən bildirib.

Stopnarkotik.az