Nigerdə əhali Fransanın hərbi bazasına hücum etdi – VİDEO

Nigerdə əhali fransız əsgərlərini qovmaq üçün bu ölkənin hərbi bazasına hücum edib. 

Stopnarkotik.az bizim.media-ya istinadən xəbər verir ki, daha əvvəl Nigerin yeni hakimiyyəti fransız səfiri və əsgərlərini ölkədən qovsa da, onlar getməkdən imtina edib.

Xatırladaq ki, iyulun 26-da Nigerdə hakimiyyətə gələn hərbi idarə Fransa ilə imzalanmış 5 hərbi əməkdaşlıq müqaviləsinin ləğv edildiyini açıqlayıb.