“Miqrant Uşaqlara Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyininin maliyyələşdirdiyi “Miqrant uşaqların cəmiyyətimizə inteqrasiyasına dəstək” mövzusundakı layihə çərçivəsində 02 sentyabr 2023-cü il tarixində Bakı şəhərində “Hürriyyət” qəzetinin akt zalında Bakı şəhərində yaşayan bir qrup miqrant uşaqlar üçün Azərbaycan dili kursu keçirib.
Təlimçi Gülyaz Əsgərova miqrant uşaqlara fərdi şəkildə yanaşaraq ilkin olaraq hər bir miqrant uşağın Azərbaycan dilində danışıb və yazmaq bacarıqları və çatışmazlıqları ilə tanış olmuş və onların Azərbaycan dilində bilik səviyyəsinə uyğun şəkildə Azərbaycan dilinin özəllikləri ilə bağlı onlara məlumatlar vermişdir. Dil kursu zamanı miqrant uşaqların azərbaycanlı uşaqlarla sosial əlaqə yaratmaq və təhsillərini Azərbaycan dilində davam etdirmək üçün müəyyən bilik və bacarıqlar öyrədilmişdir. 2 saat ərzində davam edən Azərbaycan dili kursunda miqrant uşalara Azərbaycan dilinin bir çox incəlikləri öyrədilmişdir. Dil kursunun sonunda miqrant uşaqlar üçün nahar süfrəsi təşkil olunaraq onlarla Azərbaycan dilində söhbətlər davam etdirilmişdir.
Stopnarkotik.az