Böyük Britaniya Gürcüstandan Tbilisidə etirazçılara qarşı kimyəvi istifadə iddiasını araşdırmasını tələb edib.
"BBC-nin xəbəri məni dərindən narahat etdi. Biz Gürcüstanın Kimyəvi Silahlar Konvensiyası çərçivəsində öhdəliklərini yerinə yetirməsini və konvensiyanın zəhərli kimyəvi maddələrin istifadəsini qadağan edən müddəalarının iddia edilən pozuntularının hərtərəfli araşdırılmasını təmin etməsini gözləyirik", deyə XİN nazirinin müavini Stiven Dauti bildirib.
Bu açıqlamanın səbəbi odur ki, BBC hakimiyyət orqanları ötən il Tiflisdə hökumət əleyhinə etirazların yatırılması zamanı Birinci Dünya Müharibəsindən qalma kimyəvi müharibə agenti olan "kamit"dən istifadə edildiyini iddia ediblər.
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti bu iddianı təkzib edərək bildirib ki, İsraildən alınan xlorobenzalmalonditril mitinqlərin dağıdılması zamanı istifadə olunub.
Stopnarkotik.az