Keçmiş polis sevdiyi qıza görə intihar etdi

Bakıda intihar hadisəsi olub.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu Həbibov küçəsində baş verib. 25 yaşlı Əlizadə Gündüz Namik oğlu ailəsi ilə birgə yaşadığı evdə özünü öldürüb.

Məlumata əsasən, o, əvvəllər mühafizə polisində polis nəfəri kimi çalışıb. Lakin sonradan öz ərizəsi ilə işdən xaric edilib.

Məlumata görə, G. Əlizadənin intiharına səbəb sevgi münasibətləri olub. Belə ki, sevdiyi qızı ona vermədikləri üçün gənc oğlan depressiyaya düşüb. Nəticədə o, yaşadıqları evdə həyatına qəsd edib.

Hazırda araşdırma aparılır.