İran məhkəmə sistemi keçmiş Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsi ilə bağlı başda ABŞ-ın keçmiş prezidenti Donald Tramp olmaqla 73 amerikalıya qarşı ittiham aktı hazırlayıb.
Stopnarkotik.az xəbər verir ki, Şiraz şəhərində keçirilən tədbirdə çıxış edən iranlı Ədliyyə Sistemi sədrinin birinci müavini Məhəmməd Musaddiq, Süleymaninin öldürüldüyü hücumla bağlı Tehranın həyata keçirdiyi məhkəmə prosesi haqqında məlumat verib.
Süleymaninin İraq Hökumətin rəsmi dəvəti ilə Bağdadda olarkən öldürüldüyünü deyən Musaddiq bunun “İranın milli təhlükəsizliyinə qarşı açıq-aşkar terror aktı” olduğunu bildirib.