İntihar edən hakimin yerinə yeni hakim ezam olundu

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub.

Stopnarkotik.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlərin iş yükünün çox olması səbəbindən Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyeva adıçəkilən məhkəməyə ezam edilib.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov intihar edib. Onun icraatında olan cinayət işləri üzrə məhkəmə prosesləri təxirə düşüb. Həmin işlərin Aytən Əliyevanın icraatına veriləcəyi gözlənilir.